AZ

İranda nüvə obyektinin yaxınlığında zəlzələ olub

Bakı, TurkicWorld

İranın Qum vilayətində, Fordo nüvə obyektinin yerləşdiyi rayonun yaxınlığında 2,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Qum şəhərində 29 kilometr aralıda olub, yeraltı ocağı isə 10 kilometr dərindlikdə qeydə alınıb.

Dağıntı barədə məlumat daxil olmayıb.

Seçilən
15
5
turkic.world

7Mənbələr