AZ

Azərbaycanın daha bir cüdoçusu mübarizəyə qoşulur - Dünya çempionatı

style='margin-bottom:10px;'>

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.

Zelim Tçkayev (81 kq) 1/16 finalda Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan dünya çempioatında 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Hələ ki, cüdoçularımız mundialda medal qazana bilməyiblər. Ötən gün Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzaraq mübarizəni erkən başa vurub.

Seçilən
9
37
teleqraf.com

10Mənbələr