AZ

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, idmançı üçüncü yer uğrunda yarışda BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub edib.

Bu, Azərbaycanın cari dünya çempionatında ilk medalı olub.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.


Telegram kanalımız
Seçilən
6
7
yenisabah.az

10Mənbələr