Türkiyə futbolunun önəmli isimlərindən olan “İnter”in futbolçusu Hakan Çalhanoğlu Türkiyəyə transfer ola bilər. Metbuat.az xəbər verir ki, "Qalatasaray" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib. Tərəflər arasında danışıqlar aparılır. İddialara görə, futbolçunun agenti "Qalatasaray"la təmasdadır. Ötən mövsüm "Bavariya"nın təklifini rədd edən futbolçu Çempionlar Liqasının finalında "İnter"in PSJ-yə 5:0 hesablı məğlubiyyətindən sonra klubdan ayrılmağı nəzərdən keçirə bilər. İddialara görə, “İnter” bəzi ulduz futbolçuların heyətdən ayrılmasına razılıq verib. Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.