AZ

İran Prezidenti: İsrailin İrana hücumuna görə məsuliyyət ABŞ-də daşıyır

BAKI, 16 iyun. TELEQRAF

İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-ninüzərinə düşür.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“ ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır.

Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.

Seçilən
9
2
teleqraf.com

3Mənbələr