AZ

Məsud Pezeşkian: İsrailin İrana hücumuna görə ABŞ məsuliyyət daşıyır

"İsrailin İrana qarşı həyata keçirdiyi hücumların məsuliyyəti ABŞ-nin üzərinə düşür".

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

“ ABŞ beynəlxalq hüququn bütün normalarını pozaraq İsrailə İrana qarşı hücumlar etməyə icazə verir”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, ABŞ-nin bu davranışı bölgədə gərginliyin artmasına səbəb olur və təhlükəsizliyi ciddi təhdid altına alır.

Xatırladaq ki, son günlər İsrail və İran arasında münasibətlər kəskin şəkildə gərginləşib.
Seçilən
3
2
sherg.az

3Mənbələr