AZ

Macarlara da məğlub olduq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti matçını keçirib.

Sportinfo.az xəbər verir ki, komandamız GİN-in Voleybol Mərkəzində Macarıstan voleybolçularına 1:3 hesabı ilə məğlub olub.

İlk setdə hesabda geri düşən Azərbaycan millisi ikinci setdə bərabərliyə nail olsa da, üçüncü və dördüncü setlərdə rəqiblə bacarmayıb.

Daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması İsveç və Lüksemburqa eyni hesabla uduzub.

4 oyundan sonra 3 xalı olan komandamız səkkiz iştirakçı arasında 5-ci yerdə qərarlaşıb. Azərbaycan voleybolçuları növbəti oyunu iyunun 20-də Farer adaları yığması ilə keçirəcəklər.

Azərbaycan - Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)
Bakı, GİN-in Voleybol Mərkəzi

Seçilən
6
4
sportinfo.az

6Mənbələr