AZ

Millimiz Macarıstana məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasında növbəti matçını keçirib. 

Bizim.Media xəbər verir ki, komandamız GİN-in Voleybol Mərkəzində Macarıstan voleybolçularına 1:3 hesabı ilə məğlub olub.
 

İlk setdə hesabda geri düşən Azərbaycan millisi ikinci setdə bərabərliyə nail olsa da, üçüncü və dördüncü setlərdə rəqiblə bacarmayıb.


Avropa Gümüş Liqası

II mərhələ

15 iyun

18:00. Azərbaycan - Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)

Bakı, GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, daha əvvəl Gürcüstana 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması İsveç və Lüksemburqa eyni hesabla uduzub. 4 oyundan sonra 3 xalı olan komandamız səkkiz iştirakçı arasında 5-ci yerdə qərarlaşıb. Azərbaycan voleybolçuları növbəti oyunu iyunun 20-də Farer adaları yığması ilə keçirəcəklər.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
3
bizim.media

6Mənbələr