İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.
“Report”
“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”, – nəşr ZAKA-ya istinadən bildirib.
Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquza çatıb.
Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, azı 390 nəfərin yaralandığı deyilir.