AZ

İsraildə İranın raket zərbələri nəticəsində ölənlərin sayı 16-ya çatıb

İsraildə dağıntılar altında daha iki nəfərin meyiti çıxarılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fəlakət Qurbanlarının Tanınması (ZAKA) təşkilatı məlumat yayıb.

“İranın raket hücumundan sonra bazar ertəsi səhər Bat-Yam şəhərində qalıqlar altından daha iki meyit tapılıb”, – nəşr ZAKA-ya istinadən bildirib.

Qeyd olunub ki, təkcə bu şəhərdə raket hücumları nəticəsində ölənlərin sayı doqquz nəfərdir.

Beləliklə, cümə günündən bəri İsraildə İranın raket hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa, azı 390 nəfərin yaralandığı deyilir.

Seçilən
16
6
xezerxeber.az

7Mənbələr