AZ

Britaniya tarixində BİR İLK

Britaniyanın baş naziri Kir Starmer xüsusi xidmət orqanlarının əməkdaşı Blez Metravelini MI6 – Gizli Kəşfiyyat Xidmətinin rəhbəri təyin etdiyini elan edib.

Publika.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Bəyanatda qeyd olunub ki, o, ölkə tarixində bu postu tutan ilk qadın olacaq.

"Blez Metravelinin bu tarixi təyinatı elə bir vaxta təsadüf etdi ki, kəşfiyyat xidmətlərimizin işi heç vaxt olmadığı qədər önəmli hala gəlib. Birləşmiş Krallıq misli görünməmiş miqyasda təhdidlərlə üz-üzədir", - baş nazir deyib.

Bildirilib ki, 47 yaşlı Blez Metraveli Kembridc Universitetində antropologiya üzrə təhsil alıb. O, 1999-cu ildə xarici kəşfiyyat xidmətinə qoşulub və karyerasının böyük hissəsini Avropa və Yaxın Şərqdə çalışıb. Hazırda qurumun texnologiya departamentinə rəhbərlik edir. Ondan əvvəl, təxminən beş il ərzində MI6-a Riçard Mur rəhbərlik etmişdi.

Seçilən
21
25
publika.az

10Mənbələr