AZ

Britaniya hökuməti 116 illik tarixində MI6-nı ilk dəfə bir qadına həvalə edib

Böyük Britaniyanın baş naziri Keir Starmer Britaniya Xarici Kəşfiyyat Xidmətinə (MI6) ilk dəfə olaraq qadının kəşfiyyat zabiti Bleyz Metrevelinin rəhbərlik edəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Guardian” qəzeti məlumat yayıb.

Metreveli payızda Riçard Muru əvəz edəcək və xidmətin 18-ci rəhbəri olacaq.

47 yaşlı Bleyz Metreveli hazırda MI6-nın texnologiya və innovasiyaya cavabdeh olan “Q” departamentinin baş direktoru vəzifəsində çalışır və əvvəllər MI6 və MI5-də (daxili təhlükəsizlik və əks-kəşfiyyat agentliyi) digər yüksək vəzifələrdə çalışıb.

Digər Britaniya kəşfiyyat orqanlarından fərqli olaraq, MI6-nın 1909-cu ildə yarandığı vaxtdan bəri başında heç vaxt qadın olmayıb. MI5-ə əvvəllər Stella Riminqton və Eliza Manninqem-Buller rəhbərlik edib.

Seçilən
26
25
apa.az

10Mənbələr