BAKI. 16 iyun. TELEQRAF
Rusiya İsrail və İran arasındakı münaqişədə vasitəçilik etmək üçün etibarını itirib.
Teleqraf xəbər verir ki, Qrenlandiyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın bu ideyasını şərh edərkən bildirib.
"İnanmıram ki, hazırda intensiv münaqişəyə cəlb olunmuş və bir neçə ildir BMT Nizamnaməsinə hörmət etməyən Rusiya vasitəçi ola bilər", - Makron deyib.