AZ

Kimlər qan verə bilməz? – Mütəxəssislərdən vacib xəbərdarlıq

Qan vermək insan həyatını xilas edən nəcib bir addımdır. Lakin hər kəs qan verə bilməz. Mütəxəssislər bəzi sağlamlıq şərtlərinə görə müəyyən şəxslərin qan verməsinin təhlükəli olduğunu bildirir.

BAKU.WS xəbər verir ki, ilk növbədə, 18 yaşdan kiçik50 kiloqramdan az çəkisi olan şəxslərin qan verməsi uyğun sayılmır. Eyni zamanda, xroniki xəstəliklərdən (şəkər, ürək-damar, qaraciyər və böyrək xəstəlikləri) əziyyət çəkənlər də donor ola bilməz.

Hepatit B, Hepatit C, QİÇS (HİV), sifilis kimi yoluxucu xəstəliklərə yoluxmuş şəxslərin qan verməsi qadağandır. Həmçinin, son 6 ay ərzində cərrahi əməliyyat keçirənlər, tatuaj və ya pirsinq etdirənlərqan azlığı (anemiya) olanlar da qan verməməlidir.

Hamilə qadınlar və yeni ana olmuş qadınlar da müəyyən müddət ərzində qan verməkdən çəkinməlidirlər.

Mütəxəssislər hər kəsin əvvəlcə tibbi müayinədən keçərək, yalnız sağlamlığı uyğun olanların qan verməli olduğunu vurğulayırlar.

Seçilən
28
far.az

1Mənbələr