AZ

Corc Rassel Kanada Qran Prisinin qalibi olub

“Mercedes” komandasının pilotu Corc Rassel Kanada Qran Prisinin qalibi olub.

İdman.biz xəbər verir ki, Formula 1 üzrə dördqat və hazırkı dünya çempionu Maks Ferstappen ikinci, "Mercedes"in yeni pilotu italiyalı Andrea Kimi Antonelli isə üçüncü olub.

Çempionatın lideri, "McLaren" komandasının pilotu Oskar Piastri 4-cü yeri tutub. O, komanda yoldaşı Lando Norris ilə toqquşduğundan sonuncu finişə dörd dövrə qalmış yarışı tərk etməli olub.

Yeddiqat dünya çempionu, "Ferrari" komandasının pilotu Lyuis Hemilton 6-cı yeri tutub.

İdman.biz

Seçilən
35
1
idman.biz

10Mənbələr