AZ

Kristian Kivu: “İnter”in səviyyəsini yüksəkdə saxlamalıyıq”

“İnter”in yeni baş məşqçisi, 44 yaşlı rumın mütəxəssis Kristian Kivu “neradzurri”nin sükanı arxasına təyinatını şərh edib.

Arena.az jurnalsit Canluka Di Martsionun rəsmi saytına istinadən, Kivunun müvafiq açıqlamasını təqdim edir:

“13 il ərzində mən həmişə yadda saxlamışam ki, bu klub nə deməkdir, öz tarixi ərzində azarkeşlərə nələr bəxş edib. Müvafiq seçimdə böyük mətanət var, həm klub və həm də mənim tərəfimdən. Yaxşı icra edilmiş bu işi davam etdirmək və futbolda qalib gəlmək və məğlub olmaq gerçəyini qəbul etmək gərəkdir, amma bilməliyik ki, hər şey yaxşı icra edildikdə, onda, yol da həmişə ən yaxşısına aparır.

Bu, yeni köhnə layihədir, çünki bu klub tərəfindən bu oyunçular və daha əvvəl burada olmuş heyətlə gerçəkləşdirilmiş məqam davam etdirilməlidir. Bilərək ki, “İnter” kimi bir komanda müvafiq münasibətə və iddalara ehtiyac duyur. Son illərdə səviyyə tələbi qaldırılıb, biz isə eyni əhval-ruhiyyədə davam etməliyik ki, klubu hazırda olduğu müvafiq səviyyədə qoruyub-saxlaya bilək”, deyə Kivu vurğulayıb.

Xatırladaq ki, Kristian Kivu “neradzurri”nin sükanı arxasında 49 yaşlı italyan mütəxəssis Simone İnzaqini əvəz edib. “İnter” rumın mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.

Seçilən
24
arena.az

1Mənbələr