AZ

Günlük 20 manata ''prius'' götürüb işləmək istəyən şəxsi dədəduz belə aldatdıVİDEO

Taksidə işləyib pul qazanmaq istədi, amma əksinə oldu, zərərə düşdü.

Hökməli qəsəbəsində yaşayan Tovuz sakini Elvin Həsənov deyir ki, taksi fəaliyyəti üçün sayt vasitəsilə ''toyota-prius'' markalı avtomobil icarəyə götürmək istəyib. Avtomobilin günlük qiyməti 20 manat olsa da, o əvvəlcədən sahibinə beh məqsədi ilə 110 manat pul göndərib.

Elvin Həsənov deyir ki, həmin şəxs onu inandırmaq üçün hətta vatsap vasitəsilə müqavilə də göndərib.

Müqavilədə də qeyd edilib ki, hər gün 20 manat ödəməklə Elvin Həsənov avtomobili idarə edə biləcək.

Zərərçəkmiş deyir ki, həmin şəxs ona dəymiş zərəri geri qaytarmasa, hüquq-mühafizə orqanlarına məlumat verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
xezerxeber.az

1Mənbələr