"Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski klub ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis 2024-25 mövsümündə çalışdırdığı "bayquşlar"a aşağıdakı sözlərlə xudahaviz deyib:

“Baş məşqçi kimi debüt etmək imkanı yaratdığı üçün “Sabah” klubuna səmimi təşəkkürümü bildirirəm. Mövcud vəziyyətdə göstərilən etimada və anlayışa görə klub rəhbərliyinə minnətdaram. Komandaya və klubun bütün əməkdaşlarına peşəkarlığa və görülən işə görə təşəkkür edirəm. Futbolçulara isə sərgilədikləri misilsiz fədakarlığa görə ayrıca minnətdaram. Və əlbəttə, azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Amma bu, həyatdır. Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm. Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm", o qeyd edib.