AZ

Vasili Berezutski “Sabah”a təşəkkür etdi

Rusiyalı futbol mütəxəssisi Vasili Berezutski Azərbaycanın “Sabah” komandasının baş məşqçisi vəzifəsindən ayrılmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, o, paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Baş məşqçi kimi debüt etmək imkanı yaratdığı üçün “Sabah” Futbol Klubuna səmimi təşəkkürümü bildirirəm. Mövcud vəziyyətdə göstərilən etimada və anlayışa görə klub rəhbərliyinə minnətdaram. Komandaya və klubun bütün əməkdaşlarına peşəkarlığa və görülən işə görə təşəkkür edirəm. Futbolçulara isə sərgilədikləri misilsiz fədakarlığa görə ayrıca minnətdaram. Və əlbəttə, azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm.

Amma bu – həyatdır. Təəssüf ki, ailəvi şəraitlə bağlı vəzifəmi klub üçün bu qədər sevincli bir anda tərk etmək məcburiyyətindəyəm.
Komandanın bir hissəsi olduğuma və bu çoxdan gözlənilən kuboku bölüşmək imkanına görə sevincliyəm”.

Xatırladaq ki, Vasili Berezutski “Sabah”a ötən ilin noyabrında baş məşqçi təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu – Azərbaycan kubokunu qazandırıb.

“Sabah” Berezutskinin rəhbərliyi altında bütövlükdə 28 oyun keçirib. Komanda bu görüşlərdə 10 qələbə qazanıb, 13 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Seçilən
16
12
arena.az

10Mənbələr