İranda yaşayan və müxtəlif işlərdə çalışan Rusiya vətəndaşları Astara sərhəd-gömrük məntəqəsindən Azərbaycana keçirlər.
APA-nın yerli bürosu xəbər verir ki, artıq iyirmiyə yaxın xarici vətəndaş sərhədi keçərək Azərbaycana daxil olub.
Onlar üçün Azərbaycan tərəfindən 2 avtobus ayrılıb ki, bu avtobuslarla onlar birbaşa Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatdırılacaqlar.












