AZ

''Beşiktaş''ın məşqçisi ötən mövsümə yekun vurdu və yeni hədəflərdən danışdı

''Beşiktaş''da baş məşqçi Ole Qunnar Sulşerin köməkçisi Erlinq Moe vətəni Norveçdə qatıldığı bir podkastda önəmli açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, 54 yaşlı mütəxəssis həm geridə qoyduğumuz mövsümü dəyərləndirib, həm də gələcək planlardan danışıb:
''Futbolda bəhanəyə yer yoxdu. Biz komandanı qəbul edərkən durum ciddi idi və bəzi şeyləri dəyişməyə müvəffəq olduq. Öz oyun və məşq anlayışımızı komandaya aşılaya bildik. Amma tam olaraq bütün istədiklərimizi həyata keçirə bilmədik. Bu dəfə isə mövsümöncəsi hazırlıq dönəmini özümü keçəcəyik. Yəni komandaya öz imzamızı ata biləcəyik. Ona görə də yeni mövsümün bizim üçün daha həyəcanverici olacağını düşünürəm. ''Qalatasaray'' və ''Fənərbaxça'' maddi cəhətdən bizdən çox öndədi. Amma biz də yerdə qalan digər klublarla müqayisədə daha üstün vəziyyətdəyik. Komanda şəklində yaxşı oynaya bilsək, bir xeyli irəli gedə bilərik. Ancaq hələ də üzərimizdə çox çalışmalıyıq. Biz ötən mövsüm ''Qalatasaray'' da daxil olmaqla bütün iddialı klubları məğlub etdik. Amma iddiasız klublara qarşı oyunlarda problem yaşadıq. İlk növbədə bu cür rəqibləri məğlub etməyi öyrənməliyik. Çünki onlar tamamilə müdafiəyə çəkilir və yalnız əks-hcuumlarda oynayırlar. Futbolda ən çətin şey məhz elə bu cür klublara qarşı oynamaqdı. Həm də Türkiyə futbolunda səhv etmək şansın yoxdu. Səhv edinsə, dərhal geri düşürsən. ''Qalatasaray'' mövsüm ərzində cəmi bir dəfə uduzdu. ''Fənərbaxça''nın da məğlubiyyət sayı çox olmadı. Biz ''Beşiktaş''ın kompakt oynayan və daim rəqibi təzyiqdə saxlayan bir komandaya çevrilməsini istəyirik. Topu itirən kimi onun maksimum şəkildə tez özümüzə qaytarmalı və ötürməni daim irəli verən bir müdafiə sistemi ilə hərəkət etməliyik. Belə olan təqdirdə topu almaq üçün hər dəfə geri qaçmağa ehtiyac olmayacaq. Bu baxımdan bir xeyli irəliləmişik. Topa sahib olduqda da onu yalnız özümüzdə saxlamağa yox, rəqibin müdafiəsini ötürmələrlə yarmağa çalışmalıyıq. Üçüncü bölgədə fərqli bitiricilik variantlarımız olmalıdı. Biz hər cür qol vurmağı bacarmalıyıq. İzləyiciləri də məmnun etməliyik. Bütün oyunu sürətli hücumlarla keçirmək mümkün deyil. Amma bizim hədəfimiz rəqibləri parçalamaqdı. Gələn mövsümkü oyun planımız məhz bu cür olacaq''.
Seçilən
42
1
football-plus.az

2Mənbələr