AZ

Andrey Buqrov: Bu gün siyasi partiyalar o qədər güclü olmalıdır ki, real iş görə bilsinlər

ŞUŞA, 15 iyun. TELEQRAF

"Bu günkü görüşümüz ilk növbədə siyasi partiyalarımızın gələcəyinə müsbət təsir edəcək”.

Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq partiyalararası konfransdaBelarusun “Belaya Rus” Partiyasının sədr müavini Andrey Buqrov deyib

A.Buqrov tədbiri təşkil etdiyinə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib və iştirakçıları salamlayıb.

O, bugünkü görüşün Belarus ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Andrey Buqrov çıxışında müasir dünyanın daha çox etimada, ədalətə və mədəniyyətə ehtiyac duyduğunu qeyd edib.

“Həmrəylik sadəcə söz deyil. Bu, daha ədalətli və bir-birini dəstəkləyən dünyanın qurulması ilə mümkündür. Vahid yanaşma formalaşdıqda, bu, bütün xalqlar üçün daha yaxşı bir mühit yarada bilər”, – deyə sədr müavini bildirib.

O, rəqəmsallaşan iqtisadiyyat və mürəkkəbləşən qlobal sistemlər fonunda ədalətin yeni bir “infrastruktur” rolunu oynadığını deyib və siyasi partiyaların bu prosesdə aparıcı mövqe tutduğunu vurğulayıb:

“Gələcəkdə ədalət təkcə mövqe deyil, həm də arxitekturadır. Onun siyasi memarı isə siyasi partiyalardır”.

Sədr müavini qeyd edib ki, siyasi partiyalar daha canlı və fəal olmalı, cəmiyyətin dəyişən tələblərinə cavab verməlidir: “Siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparmaq üçün formalaşır. Bu, təbiidir. Amma məqsəd eyni zamanda münaqişələrin qarşısını almaq və ədalətli cəmiyyət qurmaqdır”.

Andrey Buqrov həmçinin Azərbaycanın tarixi ağrılarını yaxşı başa düşdüklərini bildirib. O, Belarusun faşizmə qarşı mübarizədə yaşadığı dəhşətləri xatırladaraq vurğulayıb ki, xalqlar bu ağrıları unutmasa da, birgə sülh naminə çalışmalıdırlar: “Biz Xatın kəndində baş verənləri unutmamışıq. Biz ağrını bilirik. Bəli, bəzən bağışlaya bilərsən, amma heç vaxt unuda bilməzsən”.

O bildirib ki, bu gün Belarus parlamentində 51 deputatın “Belaya Rus” Partiyasını təmsil etməsi partiyanın cəmiyyətdəki nüfuzunu göstərir. Siyasi partiyaların daha təsirli və fəaliyyətə qadir olması zəruridir:

“Bu gün siyasi partiyalar o qədər güclü olmalıdır ki, real iş görə bilsinlər”.

Çıxışının sonunda o, sülh və firavanlıq içində yaşamaq arzularını paylaşaraq çıxışını bu sözlərlə tamamlayıb, Zaman bizi seçmişdir.

Seçilən
22
teleqraf.com

1Mənbələr