İyunun 14-dən 15-nə keçən gecə Amerika Birləşmiş Ştatlarında futbol üzrə FIFA Klub Dünya Kuboku start götürüb.
Arena.az xəbər verir ki, Mayamidə təşkil olunmuş yarışın açılış matçı “Hard Rok” stadionunda keçirilib.
A qrupunda yarışan MLS təmsilçisi “İnter Mayami” Misirin “Əl-Əhli” komandası ilə üz-üzə gəlib. Matç ABŞ klubunun üstünlüyü şəraitində keçsə də, yekunda tərəflər qolsuz heç-heçəyə razılaşıblar – 0:0. 43-cü dəqiqədə “Əl-Əhli”dən Trezeqe penaltini qola çevirə bilməyib. 90+6-cı dəqiqədə isə “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messinin zərbəsi qapı dirəyinə dəyib.
Növbəti turda “İnter Mayami” “Portu” (Potuqaliya) ilə, “Əl-Əhli” isə “Palmeyras”la (Braziliya) qarşılaşacaq.
Bu gün çempionat çərçivəsində daha iki oyun keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur. Turnirin final oyunu iyulun 13-də olacaq.
FIFA Klub Dünya Kuboku
15 iyun
A qrupu
“İnter Mayami” (ABŞ) – “Əl-Əhli” (Misir) 0:0
C qrupu
20:00. “Bayern” (Almaniya) – “Oklend Siti” (Yeni Zelandiya)
B qrupu
23:00. PSJ (Fransa) – “Atletiko” (Madrid, İspaniya)