Bakı. Trend:
Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarətyığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalqtəlim-məşq toplanışını başa vurublar.
Federasiyadan Trend-ə verilən məlumata görə, Avropa Cüdo Birliyinintəşkilatçılığı ilə təşkil olunmuş təlim-məşq düşərgəsindəidmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın başməşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlikediblər.
Qeyd edək ki, yeniyetmə qızlardan ibarət yığmamız Avropaçempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyiiyunun 26–29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedəkeçiriləcək.