Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışını başa vurublar.
Federasiyadan verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə təşkil olunmuş təlim-məşq düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.
Qeyd edək ki, yeniyetmə qızlardan ibarət yığmamız Avropa çempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyi iyunun 26–29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
"Cebheinfo.az"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.