AZ

İranın daha bir SEPAH generalının öldüyü açıqlanıb

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Hava və KosmikQüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı XosrovHəsəni İsrailin İrana hərbi hava hücumları nəticəsində ölüb.

Trend-in məlumatına görə, bununla əlaqədarSEPAH-ın ictimaiyyətlə əlaqədar departamenti məlumat yayıb.

"General Xosrov Həsəni - həftəsonu İsrailin hücumu zamanı həlakolub", - məlumatda deyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda hərbçi, ocümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri,İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı HüseynSalami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid,SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvəalimi və yüksək vəzifəli şəxslər ölüb.

Seçilən
8
50
az.trend.az

10Mənbələr