Cek Qrişlə yanaşı Fil Foden də "Mançester Siti"ni tərk edə bilər.
İdman.biz xəbər verir ki, İngiltərə mətbuatı hər iki futbolçu "Arsenal"ın maraq dariəsinə düşüb.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta hər iki futbolçunun ustalığına "Mançester Siti"də işlədiyi dövrdən bələddir. İspaniyalı bu səbəbdən də hər iki oyunçunun transferinə müsbət rəy verib.
Qeyd edək ki, "şəhərlilər"in Qrilişi 50 milyon funta satmağa hazır olduğu xəbərləri yayılıb. Onunla "Napoli", "Everton", "Bayer" və "Tottenhem" maraqlanır.
İdman.biz