Cek Qriş və Fil Foden “Mançester Siti”ni tərk edə bilər.
Msport.az xəbər verir ki, hər iki futbolçu “Arsenal”ın maraq dariəsinə düşüb.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta onların ustalığına “Mançester Siti”də işlədiyi dövrdən bələddir. İspaniyalı bu səbəbdən də hər iki oyunçunun transferinə müsbət rəy verib.
Qeyd edək ki, “şəhərlilər”in Qrilişi 50 milyon funta satmağa hazır olduğu xəbərləri yayılıb. Onunla “Napoli”, “Everton”, “Bayer” və “Tottenhem” də maraqlanır.