AZ

Köçəryan Paşinyan və Simonyanı məhkəməyə verib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Samonyanı məhkəməyə verib.

“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məhkəmə informasiyası saytında məlumat verilib.

R.Köçəryan tələb edir ki, N.Paşinyan 2025-ci il iyunun 5-dən sosial şəbəkədəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etsin.

Köçəryan, həmçinin qeyri-maddi ziyana görə Paşinyanın 6 milyon dram (15 min ABŞ dolları) ödəməsini tələb edir.

Parlamentin sədri Alen Simonyana gəlincə, Köçəryan ondan qanunverici orqanın rəhbərinin ikinci prezidentin şərəf və ləyaqətini ləkələdiyi brifinqə görə açıq şəkildə üzr istəməyi tələb edir. Eks-prezident həmçinin spikerdən böhtan xarakterli bəyanatlara görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edir. Köçəryan Simonyanın böhtana görə 6 milyon dram (15 min ABŞ dolları), təhqir və mənəvi ziyana görə isə 3 milyon dram (7,5 min ABŞ dolları) ödəməsini tələb edir.

Xatırladaq ki, Simonyan brifinq zamanı vətəndaşların bu yad adamın, bu qatilin, öz dəstəsi ilə Ermənistana pul qazanmağa gələn bu korrupsionerin hakimiyyətə qayıtmamasına səs verdiyini bəyan edib. “O, yad adamdır, onun düşüncəsi, hərəkətləri ermənilərə yaddır. Köçəryan əli qanlı qatil və quldurdur”, - parlamentin sədri söyləyib.

Seçilən
4
8
report.az

10Mənbələr