Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanı məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə məlumatının saytında məlumat verilib.
Köçəryan tələb edir ki, Paşinyanın 2025-ci il iyunun 5-dən sosial şəbəkələrdəki paylaşımından onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının qəbulu barədə məlumatı təkzib etməyə borcludur.
O, həmçinin qeyri-maddi ziyana görə Paşinyana 6 milyon dram (15 min dollar) verilməsini tələb edir.
Parlamentin spikeri Alen Simonyana gəlincə, Köçəryan ondan qanunverici orqanın rəhbərinin şərəf və ləyaqətini ləkələdiyi brifinqə görə (sosial şəbəkədəki rəsmi səhifəsində) açıq şəkildə üzr istəməyi tələb edir. Eks-prezident həmçinin spikerdən böhtan xarakterli bəyanatlara görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edir. Köçəryan həmçinin Simonyandan böhtana görə 6 milyon dram (15 min dollar), təhqir və mənəvi ziyana görə 3 milyon (7500 dollar) ödəməsini istəyir.
Alen Simonyan brifinq zamanı bəyan edib ki, vətəndaşlar ona görə səs verirlər ki, öz dəstəsi ilə Ermənistana pul qazanmağa gələn bu korrupsioner (Köçəryan -red) hakimiyyətə qayıtmasın. O, kənar adamdır, onun düşüncəsi, hərəkətləri ermənilərə yaddır”. Parlamentin spikeri bəyan edib ki, o, Köçəryanı “əli qanlı qatil və quldur” hesab edir.
Müşviq Tofiqoğlu
KONKRET.az