AZ

İnnab ağacı premyerasını Sankt Peterburq səhnəsində etdi

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Dövlət Kukla Teatrı təmsilçiləri Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DEMMENİFEST - 2025” Kukla Teatrları Festivalındadır.

525.az xəbər verir ki, E.S. Demmeni adına Sankt-Peterburq Dövlət Marionet Teatrının İkinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr etdiyi festival “Dünya bizim əllərimizdədir” şüarı ilə keçirilir. 

Kuklaçıları bir araya gətirən sənət bayramı 10-16 iyun tarixlərini əhatə edir.

Tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Sankt-Peterburq Qubernatorluğunun  dəstəyi ilə keçirilir.

Festivalın tamaşa proqramında 8 kukla tamaşası yer alır. 

İyunun 13-də kuklaçılarımızın festival üçün hazırladığı "İnnab ağacı" tamaşasının premyerası oldu.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı, hər birimizin fəxri general-mayor Həzi Aslanova həsr olunan tamaşa böyük maraqla qarşılandı.

Təsadüfi deyil ki, qüdrətli sərkərdə, görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir.

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında rus dilində (tərcümə edəni Elşadə Əzizovadır ) hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubunda hazırlanıb.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Musiqi tərtibatlı tamaşada unudulmaz qəhrəmanımızın həyat və döyüş yoluna nəzər salınıb, məktubları və haqqındakı xatirələr əsasında  fərqli səhnə işi ərsəyə gətirilib.

Tamaşada qəhrəmanların kukla obrazlarını teatrın rus bölməsinin aktyorları Rauf Babayev, Lina Məmmədova və Araz Həsənli yaradıblar. 

Xatırladaq ki,  peşəkar kukla teatrlarının bir araya gətirən festivalın əsas amalı kukla sənətçilərini bir səhnəyə toplamaqla onların yeni yaradıcılıq mübadiləsini  təmin etmək, ortaq layihələrə zəmin yaratmaqdır. 

Tamaşa haqqımda xoş sözlər deyən, yaradıcı heyəti təbrik edən Demmeni Teatrının baş rejissoru Eduard Qayday  festivalın iştirakçı diplomunu kuklaçılara təqdim etdi.

Onu da qeyd edək ki, bu festivalda mükafatlandırma və nominasiyalar üzrə qiymətləndirmə yoxdur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
6
525.az

7Mənbələr