Bakı. Trend:
Rəsmi Tehran İsrailə dəstək olmamaq barədə xəbərdar edib.
Trend xəbər verirki, bəyanatı “Mehr” xəbər agentliyi dərc edib.
İran hökuməti bildirib ki, Avropa ölkələri, o cümlədən ABŞİranın hücumlarının dəf olunmasında İsrailə yardım edəcəkləritəqdirdə, Tehran həmin ölkələrin Yaxın Şərqdəki obyektləri, ocümlədən İran körfəzi və Qırmızı dənizdəki yük və hərbi gəmilərinihədəfə alacaq.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dənçox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb,bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.