AZ

İşğaldan azad olunmuş ərazilərdəki ümumi təhsil müəssisələrindən 58 şagird məzun olub

Xankəndi, 14 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2024-2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 013, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 şagird məzun olub. Bu tədris ilində 7 838 şagird birinci sinfi bitirib, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6 173 uşaq təhsil alıb.

Seçilən
9
7
azertag.az

10Mənbələr