AZ

İşğaldan azad olunmuş ərazilərdə 58 nəfər şagird məzun oldu

Bu gün respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib.
 
Moderator.az xəbər verir ki, 2024-2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 013 nəfər, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 nəfər şagird məzun olub.
 
Bu tədris ilində 7 838 şagird birinci sinfi bitirib, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6 173 uşaq təhsil alıb.
Seçilən
5
7
moderator.az

10Mənbələr