AZ

“Qarabağ”da 20 qol vuran hücumçu ilə RAZILIĞA GƏLDİLƏR

U-21 millisinin futbolçularına maraq göstərən "Şamaxı" daha bir gənc futbolçunu heyətinə qatmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, sportal.az-ın əldə etdiyi məlumata görə, "Şamaxı" Nihat Mehralıyevlə razılığa gəlib.

Bölgə klubu 20 yaşlı futbolçu ilə bir illik müqavilə bağlamağı planlaşdırır.

Mehralıyev son mövsüm "Qarabağ"ın əvəzedici komandasında 20 qol vurub və liqanın bombardiri olub.

O, U-21 millisinin üzvüdür. Yığmanın son iki yoldaşlıq oyununda - Belarus və Montenoqraya qarşı matçlarda meydanda olub.

Seçilən
22
5
sportinfo.az

10Mənbələr