Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BBB-” səviyyəsində sabit proqnozla təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb.
“Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu göstəricilərindən birini və maliyyələşdirmə çevikliyini təmin edən əhəmiyyətli suveren aktivlərin mövcudluğunu əks etdirir”, - hesabatda bildirilir.
Bundan başqa, məhdudlaşdırıcı amillər arasında karbohidrogen sektorundan yüksək asılılıq; davam edən geosiyasi risklər, yaxşılaşsa da, hələ də həssas iqtisadi siyasət strukturu göstərilir.
“Fitch” həmçinin Azərbaycanın ölkə həddini “BBB-”dən “BBB”yə yüksəldib və valyuta nəzarəti risklərinin azaldığını qeyd edib.