AZ

İsrail yaxın 14 gün ərzində İrana qarşı silsilə zərbələr hazırlayır


Yüksək rütbəli İsrail rəsmisi mətbuata deyib ki,İsrail yaxın iki həftə ərzində İranın əsas hədəflərinə, o cümlədən nüvə kompleksləri, hərbi qərargahlar və ballistik raket anbarlarına silsilə zərbələr endirməyi planlaşdırır. Tehranın hərbi potensialını zəiflətmək məqsədi daşıyan bu əməliyyatın məqsədi irimiqyaslı cavab zərbəsi ehtimalının qarşısını almaqdır. Eyni zamanda, İranın Fars xəbər agentliyi Tehranın yaxın günlərdə İsrailə pilotsuz təyyarə ilə hücum hazırladığını bildirib və bu, iki ölkə arasında onsuz da gərgin olan qarşıdurmada yeni bir eskalasiya mərhələsinə dəlalət edir. İranın Tasnim xəbər agentliyinə görə, İsrail hökumətindəki mənbə İsrail Silahlı Qüvvələrinin Tehranda və başqa yerlərdə hərbi obyektlərə zərbələr endirərək bir neçə raket anbarını məhv etdiyi hücumun davamı olacağını vurğulayıb. İsrail Hərbi Hava Qüvvələri F-35 qırıcılarından və dəqiq pilotsuz uçuş aparatlarından istifadə edib ki, bu da İranın hava hücumundan müdafiə vasitələrinin onlara qarşı durmaq cəhdlərinə baxmayaraq, hədəfləri effektiv şəkildə vurmağa imkan verib.

Hücuma cavab olaraq buraxılan 200-ə yaxın İran pilotsuz təyyarəsinin uğurla tutulması isə bir daha İsrailin Dəmir Günbəz hava hücumundan müdafiə sistemlərinin yüksək effektivliyini təsdiqləyib. İran da öz növbəsində cavab hazırlayır. Fars xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusundakı(SEPAH) mənbələrə istinadən xəbər verib ki, 2024-cü ilin aprelində istifadə edilənlərə bənzər kamikadze pilotsuz təyyarələrdən istifadə etməklə yeni hücum dalğası hazırlanır.

Surxay Əliyev

Seçilən
38
50
baki-xeber.com

10Mənbələr