AZ

SEPAH İsraildə hərbi obyektlərin vurulduğunu bildirib

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrail əleyhinəhərbi hava hücumları nəticəsində hərbi obyektləri vurub.

Trend-inməlumatına görə, bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) bəyanatında bildirilir.

Bəyanata görə, İsrailin İrana hərbi hava hücumuna cavab olaraqİsraildə raket və digər hərbi təchizat və sursat istehsal edənhərbi sənaye mərkəzləri raket və PUA-larla vurulub.

Bəyanatda deyilir ki, İran “Doğru Vəd 3” əməliyyatı ilə İsrailinİrana hücumuna reaksiya verib. Bu əməliyyat bütün qurumlarınkoordinasiyası ilə həyata keçirilib və İranın təhlükəsizliyiSilahlı Qüvvələrin qırmızı xəttidir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İranBMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclaskeçirməsini istəyib.

Seçilən
32
14
az.trend.az

10Mənbələr