İyunun 16-da Rusiyanın tələbi ilə İsrailin İrana endirdiyi hava zərbələri ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının növbədənkənar iclası keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz teleqram kanalında məlumat verib .
“Rusiya Federasiyasının tələbi ilə İsrailin İrana qarşı hücumlarını müzakirə etmək üçün bazar ertəsi (16 iyun) səhər MAQATE Rəhbərlər Şurasının fövqəladə iclası keçiriləcək”, - bəyanatda deyilir.
Turan İSMAYIL