İyunun 16-da Rusiyanın tələbi ilə İsrailin İrana endirdiyi zərbələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının fövqəladə iclası keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz Teleqram kanalında məlumat yayıb.
“Rusiya Federasiyasının tələbi ilə iyunun 16-da səhər saatlarında MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclası keçiriləcək və İsrailin İrana qarşı hücumları müzakirə olunacaq”, - məlumatda deyilir.