AZ

Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib

İranda Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

“Report” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin iclasında bildirib.

Onun sözlərinə görə, İranda Nətənzdəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənməni radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür.

“AEBA nüvə qurğularının tam qorunmasını təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır”, – Qrossi bildirib.

Seçilən
32
11
report.az

10Mənbələr