AZ

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Ölkə.az “Report”a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi BMT-nin iclasında bildirib.

Onun sözlərinə görə, İranda Nətənzdəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənməni radiasiya müdafiəsi tədbirləri ilə nəzarətdə saxlamaq mümkündür.

“AEBA nüvə qurğularının tam qorunmasını təmin etmək və onların sülh məqsədləri üçün istifadəsini davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Nüvə obyektləri heç vaxt hücuma məruz qalmamalıdır”, – Qrossi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
11
olke.az

10Mənbələr