AZ

Uşaqlarda qulaq ağrısı


Körpə uşaqları narahat edən əsas problemlərdən biri də qulaq ağrısıdır.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəliklərizamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır: 

“Orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə sepsisə gətirib çıxara bilər. Uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər”.

Seçilən
4
2
news24.az

3Mənbələr