News24 saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Körpə uşaqları narahat edən əsas problemlərdən biri də qulaq ağrısıdır.
Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqlarda yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəlikləri zamanı qulaq ağrıları daha çox müşahidə edilir. Bu, uşaqlarda burun-boğazın anatomik quruluşu ilə əlaqədardır:
“Orta otitlər vaxtında müalicə olunmadıqda meningit, təbil pərdəsinin deşilməsi və digər eşitmə pozğunluqlarına, daxili qulağın iltihabına - labirintitə sepsisə gətirib çıxara bilər. Uşaqların böyüməsində, inkişafında eşitmənin rolu böyükdür, bu problemlər nəticədə nitqin inkişafına və intellektin formalaşmasına da mənfi təsir göstərə bilər”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.