AZ

Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazandı

BAKI, 13 iyun. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U17 Avropa çempionatı davam edir.

Teleqraf xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Nəzrin Əhmədli (46 kq) təsəlliverici görüşdə yerli güləşçi Spasila Vasilevanı “tuş”la məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada Almaniyanı təmsil edən azərbaycanlı Mədinə Bayramovayla üz-üzə gəlib. 8:1 hesablı qələbə qazanan Nəzrin növbəti dəfə Avropa üçüncüsü olub.

Seçilən
53
10
teleqraf.com

10Mənbələr