AZ

DÇ: Azərbaycan cüdoçuları ilk gündə uğur qazana bilmədilər

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə Azərbaycanın 3 cüdoçusu uğur qazana bilməyib.

Fanat.Az xəbər verir ki, bu idmançıların vətənə medalsız qayıdacaqları dəqiqləşib.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub.

Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Seçilən
10
9
fanat.az

10Mənbələr