AZ

İran internetə girişə müvəqqəti məhdudiyyətlər qoyur

İran hakimiyyəti İsrailin hücumu ilə əlaqədar internetə çıxışa müvəqqəti məhdudiyyətlər qoymaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bəyanatında deyilir.

"Ölkədə yaranmış xüsusi vəziyyətlə əlaqədar və səlahiyyətli orqanların qərarlarına uyğun olaraq, internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə bildirilib.

Nazirlik ölkədə vəziyyətin normallaşdıqdan sonra şəbəkənin bərpa olunacağına inandırıb.

Seçilən
9
1
operativmm.az

2Mənbələr