
İran hakimiyyəti İsrailin hücumu ilə əlaqədar internetə çıxışa müvəqqəti məhdudiyyətlər qoymaq qərarına gəlib.
Yeniavaz.com “Fars” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.
“Ölkədə yaranmış xüsusi vəziyyətlə əlaqədar və səlahiyyətli orqanların qərarlarına uyğun olaraq, internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - nazirlik qeyd edib.