AZ

İranın möhkəmləndirilmiş nüvə obyektlərini məhv etmək niyə çətindir?

BAKI, 13 iyun. TELEQRAF

İran illərdir nüvə obyektlərini hərbi zərbələrə qarşı gücləndirir və bu da onların tamamilə məhv edilməsini çətinləşdirir.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in hərbi analitiki Sedrik Leyton bildirib.

Onun sözlərinə görə, iranlıların istifadə etdiyi beton xüsusi hazırlanmış möhkəm betondur: “İsrailin bombalarının bu tip betonu deşib keçib-keçməyəcəyi hələ də qeyri-müəyyəndir. Bəzi nüvə obyektləri isə İsrailin silahlarının çatmadığı dərin yeraltı tunellərin içində yerləşdirilib. İsrail silahlarının bu betonları məhv etməkdə nə qədər qabiliyyətli olduğunu hələ məlum deyil”.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə obyektinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbər Seyid Əli Xameneinin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid və digər yüksək rütbəli şəxslər, o cümlədən üç nüvə alimi həlak olub.

İran isə bir neçə saat sonra cavab zərbələrinə başlayıb. Tehran İsrail istiqamətində 100-dən çox pilotsuz təyyarə göndərib.

Seçilən
23
18
teleqraf.com

10Mənbələr