AZ

AEBA İranın nüvə obyektlərindəki vəziyyəti proqnozlaşdırmaqda çətinlik çəkir

İran və İsrail arasında münaqişə ətrafında vəziyyət sürətlə inkişaf etməkdə davam edir, ona görə də İranın nüvə obyektlərində mövcud vəziyyət və mümkün hadisələrlə bağlı hər hansı proqnoz vermək çətindir.

"Report"un İtaliyanın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, bu, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbərliyinin ilkin qiymətləndirməsidir.

Məlumata görə, hazırda agentliyin səkkiz müfəttişi Tehranın hava limanı yaxınlığındakı oteldədir. Agentlik xəbər verir ki, AEBA rəhbərliyi də İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi ilə əlaqə yaratmağa cəhd edib, lakin buna nail ola bilməyib.

Bundan əvvəl İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi deyib ki, Tehran nüvə silahlarının yayılmaması müqaviləsi ilə əlaqədar qorunma sazişinin əhatə olunmayan nüvə obyektlərində AEBA-nın monitorinqini dayandıra bilər.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş “Oyanan şir” əməliyyatına başlayıb. İsrailin Müdafiə Ordusu 200 qırıcı təyyarənin İrandakı nüvə obyektləri də daxil olmaqla 100-dən çox hədəfə hücum etdiyini bildirib. İyunun 13-də axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, İran buna cavab olaraq İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

Seçilən
25
18
report.az

10Mənbələr